ELM VƏ TƏHSİL
Nizami rayonunun məktəblilərinə müasir dövrdə universitetlərin rolu barədə məlumat verilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Xəzər Universitetində Bakının Nizami rayonundakı məktəblərin X-XI sinif şagirdləri ilə görüş keçirilmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, görüşü universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Bu ali təhsil ocağının təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı müasir dövrdə universitetlərin rolu haqqında geniş məruzə ilə çıxış etmişdir.
Universitetin qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi departamentinin müdiri Nuru Səfərov, neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov və başqaları mövcud ixtisaslar, müvafiq fənlərin tədrisi, müasir dünyada təbii sərvətlərin çıxarılmasında istifadə edilən son metodlar və informasiya texnologiyalarının getdikcə üstün mövqe qazanmasından söhbət açmışlar.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova maraqlı görüş üçün universitetin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirmişdir.