ELM VƏ TƏHSİL
“Nizami və Şekspir...” dünyanın altı min kitabxanasında
Bakı, 7 iyun, AZƏRTAC
İyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və Şekspir...” məqaləsi Hollandiyanın “Elsevier” Korporasiyasının Beynəlxalq Elmi Qiymətləndirmə Şurası üzvlərinin yekun rəyinə əsasən SCOPUS elmi indeksləşdirmə sisteminin daimi bazasına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Çinin Nankai Universitetinin elektron kitabxanasından istifadə etməklə “View record in Scoups” linkinə keçib məqalə ilə tanış olmaq mümkündür. Bununla da, SCOPUS bazasının abunəçiləri olan nüfuzlu elm və təhsil müəssisələrinin kitabxanalarında (təxminən 6000 iri kitabxana) məqalə ilə tanış olmaq imkanı yaradılıb.