ELM VƏ TƏHSİL
Nobel mükafatı laureatı Azərbaycan Dövlət İqtisad Universitetində VİDEO
ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dünya şöhrətli iqtisadçı ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
Universitetin rektoru, professor Ədalət Muradov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Nobel mükafatçısını rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, alimin elmdə əldə etdiyi nailiyyətlərdən danışıb.
Sonra rektor Nobel mükafatı laureatı Piter Daymonda universitetin fəxri doktoru diplomunu təqdim edib.
Piter Daymond tədbirdə çıxış edərək, ADİU ilə tanışlıqdan və universitetin fəxri doktoru adına layiq görülməkdən məmnunluğunu ifadə edib.
Nobel mükafatçısı dünya iqtisadiyyatında, xüsusən də qlobal əmək bazarında gedən proseslərə münasibətini bildirib.
Diskussiya şəraitində keçən görüşdə dünya şöhrətli alim müəllim və tələbələrin suallarını cavablandırıb.