DÜNYA


“Nord Stream 2”nin 40 faizi tamamlanıb

Bakı, 10 aprel, AZƏRTAC

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi üzrə işlərin 40 faizi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, layihə üzrə 978 kilometr boru döşənib.

Qeyd edək ki, ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Gazprom” “Şimal axını 2” təbii qaz boru kəmərinin inşasının cari ilin sonunadək başa çatdırılacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.