İQTİSADİYYAT


“Norm” ASC Türkiyəyə 1 milyon 600 min TL dəyərində humanitar yardım göndərib

“Norm” ASC Türkiyəyə 1 milyon 600 min TL dəyərində humanitar yardım göndərib

Bakı, 9 fevral, AZƏRTAC

“Norm” ASC zəlzələdən zərər çəkmiş qardaş ölkə Türkiyəyə 1 milyon 600 min türk lirəsi dəyərində humanitar yardım göndərib. Şirkət Türkiyənin “Bizim Toptan” şirkəti (www.bizimtoptan.com.tr) vasitəsilə müxtəlif qida, geyim və gigiyena məhsullarının alınmasını təşkil edib.

Qeyd edək ki, zəlzələ bölgəsində olan insanların təcili ehtiyaclarının qarşılanmasına dəstək olmaq üçün şirkət tərəfindən alınan humanitar yardım 3 irihəcmli yük maşını vasitəsilə bölgəyə yola salınıb.

“Norm” ASC olaraq bu çətin günlərdə türk xalqının yanında olduğumuzu bildirir, türk qardaş və bacılarımızın kədərini bölüşür, zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.