DÜNYA


Norveç hökuməti koronavirusla əlaqədar əcnəbilər üçün sərhədləri tamamilə bağlayır

Stokholm, 28 yanvar, AZƏRTAC

Norveç hökuməti əcnəbilər üçün sərhədləri tamamilə bağlayır. Belə ki, yanvarın 29-dan Norveçə giriş yalnız girişin zəruriliyini təsdiq edən sənədləri təqdim edən şəxslər üçün mümkün olacaq. Bu, Norveçdə koronavirusla bağlı məhdudiyyətlərin sərtləşdirilməsi istiqamətində növbəti addımdır.

Hökumət bu qərarı Səhiyyə İdarəsinin tövsiyələrinə əsasən qəbul edib. Ölkənin Baş naziri Erna Sulberq deyib ki, sərhəd Norveçdə yaşamayan hər kəs üçün bağlı olacaq. İki həftə sonra məhdudiyyətlər yenidən nəzərdən keçiriləcək. Lakin vəziyyətlə əlaqədar iki həftədən sonra sərt giriş qaydaları uzadıla bilər. “Biz 14 gündən sonra Norveçə girişə daha ciddi məhdudiyyətlərin qoyulacağına hazır olmalıyıq”, - deyə o qeyd edib.

Rauf Əliyev

AZIRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.