CƏMİYYƏT


Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilib

Bakı, 24 may, AZƏRTAC

Bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə mayın 24-də növbəti test imtahanı keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, kompüter vasitəsilə keçirilmiş test imtahanını vətəndaş cəmiyyətinin nümayəndələri izləyiblər.

İmtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. 67 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerində arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və ya daha artıq bal toplayan 41 nəfər müvəffəqiyyət qazanıb. Uğur qazanmış namizədlərin siyahısı nazirliyin (www.justice.gov.az) və DİM-in ( www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə - müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaq. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcək.

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.