SİYASƏT
Novruz bayramı Tbilisidə qeyd olunmuşdur
Bakı, 19 mart (AZƏRTAC). Şota Rustaveli adına Tbilisi Dövlət Akademik Dram Teatrında Azərbaycan xalqının milli bayramı olan Novruza həsr olunmuş konsert proqram təşkil edilmişdir.
Tədbiri qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan Biznes Assosiasiyası (AZEBİ), Gürcüstan Azərbaycanlıları Konqresi və Azərbaycanın Tbilisidəki səfirliyi təşkil etmişlər.
AZEBİ-dən AZƏRTAC-a bildirmişlər ki, Tbilisi şəhərinin meri Gigi Uqulava tədbirdə çıxış edərək, Azərbaycan diasporunun üzvlərini təbrik etmişdir. “Novruz bayramı bizim üçün çox vacib bayramdır və xüsusi xarakter daşıyır. Gürcüstan tarixən həmişə elə bir ölkə olmuşdur ki, burada insanlar özlərini tamhüquqlu vətəndaş kimi hesab etmişlər. Mən əminəm ki, bu belədir”- deyə G.Uluqava bildirmişdir.
Tədbirin rəsmi hissəsindən sonra Gürcüstan-Azərbaycan nümunələrindən ibarət mədəni proqram təqdim edilmişdir.