İQTİSADİYYAT
Novruz ərəfəsində “Azercell” iki yeni kampaniyaya başlayır
Bakı, 18 mart, AZƏRTAC
“Azercell Telekom” Novruz bayramı münasibətilə SimSim və eləcə də, fakturalı xətt abunəçiləri üçün sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bayram ərəfəsində SimSim abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə “Samsung J1 Ace” mobil telefonu təqdim olunur. Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla, abunəçilər “Samsung J1 Ace” modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər.
Digər kampaniyanın şərtlərinə görə, martın 18-dən aprelin 18-dək “Samsung S7” mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində “Azercell”dən 5GB mobil internet hədiyyə qazanacaqlar.
Kampaniyalar Azercell Diler şəbəkələrində və eləcə də bütün Azercell Ekspres ofislərində keçərlidir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.