CƏMİYYƏT
Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar
Bakı, 22 iyun, AZƏRTAC
Bir neçə gün əvvəl Novxanı çimərliyində idarə etdikləri “Niva” markalı avtomobillərlə vətəndaşların istirahətini pozan və həmin görüntüləri sosial şəbəkələrdə yayan sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin nəqliyyat vasitələrinin sürücüləri Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barələrində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub. Həmin protokollar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]