DÜNYA


Nur-Sultanda Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək

Nur-Sultan, 20 aprel, AZƏRTAC

Aprelin 25-26-da Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə 12-ci yüksək səviyyəli beynəlxalq görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ikigünlük görüş zamanı tərəflər bundan əvvəlki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.

Qarşıdakı görüşdə Suriya hökumət və müxalif silahlı qrupların, İran, Rusiya və Türkiyə qarant ölkələrin nümayəndə heyətləri və müşahidəçi qismində BMT və İordaniyada iştirak edəcək.

Danışıqların növbəti mərhələsi Suriya istiqamətində xüsusilə də İdlib vilayətində və Suriyanın şimal-şərqində mövcud vəziyyəti, münaqişənin tərəfləri arasındakı inamın daha da gücləndirilməsi üçün tədbirlər daxil olmaqla, ən vacib məsələləri müzakirə etməyə həsr olunacaq.

Aprelin 25-də Astana prosesi qarant ölkələrin ikitərəfli və üçtərəfli danışıqları, habelə müşahidəçi ölkələrin nümayəndələri ilə görüşlər, aprelin 26-da plenar iclas keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.