CƏMİYYƏT
Nur-Sultanda yaşayan soydaşlarımız Bərdəyə raket hücumu nəticəsində həlak olanların xatirəsini yad ediblər
Nur-Sultan, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanda yaşayan həmvətənlərimiz Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına toplaşıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyatını itirənlərin şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.
Azərbaycan icmasının gənc üzvləri Ermənistanın ölkəmizə qarşı təcavüzünə etiraz edərək Ordumuza dəstək göstərməyə hazır olduqlarını vurğulayıblar.
Soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri barədə məlumat veriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan