ELM VƏ TƏHSİL


Nurlana Əliyeva: Sərgidə ziyarətçilərə universitetimiz haqqında dolğun informasiyalar verilir

Bakı, 11 oktyabr, AZƏRTAC

Ənənəvi Beynəlxalq Təhsil Sərgisinə maraq ildən-ilə artır. Sərgidə ziyarətçilərə universitetimiz haqında dolğun informasiyalar verilir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib. O bildirib ki, stenddə universitetin tədris strukturu, ixtisasları, elmi fəaliyyəti, professor-müəllim heyətinin çap edilən elmi əsərləri, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələri, beynəlxalq əlaqələri, mübadilə proqramlarında iştirakı, təhsil ocağında fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri, tələbə həyatı ilə tanış olmaq mümkündür.

“Stendimizdə universitetin tələbələrinin müxtəlif yarışlarda qazandıqları kubok, medal və diplomlar da nümayiş olunur. Ziyarətçilərimizin Bakı Slavyan Universitetinin uğurları ilə tanışlığı bizim üçün qürurvericidir. İnanıram ki, sərgidən gözlədiyimiz nəticələri əldə edəcəyik”, - deyə rektor Nurlana Əliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.