Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nyukasl quşlar arasında kütləvi tələfata səbəb olan təhlükəli yoluxucu xəstəlikdir

Nyukasl quşlar arasında kütləvi tələfata səbəb olan təhlükəli yoluxucu xəstəlikdir

Bakı, 28 iyul, AZƏRTAC

Nyukasl xəstəliyi quşların yüksək kontagioz virus mənşəli yoluxucu xəstəliyi olub, psevdotaun, psevdoensefalit, atipik taun, Asiya taunu və s. kimi də tanınır. Xəstəliyin törədicisi Paramyxoviridae ailəsinə, Orthoavulavirus cinsinə mənsub olan RNT tərkibli sferik, oval və ya çöpşəkilli zoonoz virusdur. Törədicinin 10 müxtəlif serotipi mövcuddur. Nyukasl xəstəliyinə yoluxma zamanı virus quşların respirator orqanları, həzm və mərkəzi sinir sistemində lokalizasiya etməklə, əsasən ensefalit, pnevmoniya və mədə-bağırsağın selikli qişasının hemorragiyası, eyni zamanda digər patoloji dəyişikliklərə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q.Cəlladov, R.Kəngərli, K.Əliyeva, Ç.Əliyeva, S.Məmmədova, Ş. Məmmədova və J.İsgəndərovanın hazırladığı elmi məqalədə bəhs olunur.

Demək olar ki, dünyanın bütün ölkələrində qeydə alınan xəstəliyə bütün ev və vəhşi quş növləri (o cümlədən sinantrop və ekzotik quşlar) yoluxur. Toyuqlar, xüsusilə də cavan fərdlər xəstəliyə çox, hind quşları isə nisbətən az həssasdır. Vəhşi quşlar və su quşları (ördək, qaz və s.) xəstəliyi subkliniki formada keçirsə də, virus daşıyıcısı hesab olunurlar. Xəstəlik dəvəquşular arasında da qeydə alınır. Toyuqların yoluxması nəticəsində cavan fərdlər arasında məhsuldarlıq göstəriciləri kəskin (20-60 faiz) azalmaqla yanaşı, törədicinin virulentliyindən asılı olaraq tələfat, hətta 90-100 faizə çatır.

Xəstə quşlarla təmas nəticəsində yoluxan insanlarda konyunktivit, yuxarı tənəffüs yollarının iltihabı və bəzən limfadenit kimi əlamətlər müşahidə olunur.

Nyukasl törədicisi quşçuluq sahəsində təhlükəli infeksiya növlərindən biri kimi qiymətləndirilir. Xəstəlik epizootiki alovlanmalar şəklində baş verir. Nyukasl xəstəliyi quşçuluq təsərrüfatlarında aparılan peyvəndləmədən sonra sporadik formada da müşahidə edilə bilər. Törədicinin müxtəlif patotipləri tərəfindən törədilən xəstəliyin bir sıra formaları mövcuddur:

Velogen (iti) forma yüksək patogen ştamlar tərəfindən törədilməklə, visserotrop (həzm orqanlarında hemorragik əlamətlərin olması) və neyrotrop (nevroloji, həmçinin respirator simptomların olması) şəkildə təzahür edir. Ümumiyyətlə, velogen ştamlarla yoluxma zamanı quşlarda qanlı ishal, xırıltılı öskürək, asqırma, dimdikdən selikli maye axıntısı, boğulma, başın şişməsi və əyilməsi, apatiya, boyun, qanad və ətrafların parezi, qida və sudan imtina və s. kimi kliniki əlamətlər müşahidə edilir.

Mezogen (yarımiti) forma orta virulentliyə malik ştamlar tərəfindən törədilməklə, kəskin respirator və nevroloji əlamətlərlə xarakterizə olunur. Xəstə quşlarda öskürmə, boğulma, sinir sisteminin pozulması və s. kimi əlamətlər müşahidə edilir. Xəstəlik sekundar infeksiyalarla müşayiət olunmadığı təqdirdə adətən aşağı (10 faizə qədər) tələfatla nəticələnir.

Lentogen (xroniki) forma zəif virulentli ştamlar tərəfindən törədilməklə, yüngül respirator və bağırsaq simptomları ilə, o cümlədən traxeit, enterit, kloaka ətrafında zılın yapışması və s. kimi əlamətlərlə xarakterizə olunur. Ölüm faizi aşağı olsa da, sekundar infeksiyalarla müşayiət olunduğu halda xəstəlik kəskin formada təzahür edir.

Nyukasl xəstəliyinin zəif virulentli ştamlar tərəfindən törədilən asimptomatik (atipik) forması da mövcuddur və bu zaman xəstəlik spesifik olmayan əlamətlərlə və ya gizli olaraq (simptomsuz) davam edir.

Qeyd edək ki, Nyukasl virusu mutasiyaya meyillidir və zəif virulentli ştamların vəhşi quşlardan ev quşlarına ötürülməsi zamanı və ya digər hallarda yüksək virulentlilik qazana bilər.

Nəzərə almaq lazımdır ki, quşlar arasında yoluxma alimentar və hava-damcı yolu ilə (yem, su, hava vasitəsilə, xəstə quşlarla təmas nəticəsində və s.) baş verir. Xəstəliyin mənbəyi xəstəliyə yoluxmuş, həmçinin xəstəlikdən sağalmış quşlar hesab olunur. Köçəri vəhşi quşlar (o cümlədən sinantroplar) və suda üzən quşlar törədicinin rezervuarı kimi xəstəliyin yayılmasında böyük rol oynayır. Həşəratlar tərəfindən infeksiyanın transmissiv ötürülməsi də istisna deyildir. Xəstəlik törədicisi ətraf mühitə xəstə quşların ifrazatı (zıl, respirator axıntılar və s.), yumurta, yem qalığı, su, döşənək materialları, işçi heyətin geyimi, inventarlar və s. ilə yayılmaqla infeksiyanın baş verməsinə səbəb olur.

Xəstəliyin inkubasiya dövrü 2-15 gün, bəzən isə 20-21 günədək (orta olaraq 5-6 gün) davam edir. Virusla yoluxma zamanı kliniki əlamətlər törədicinin patotipi, quşun növü, yaşı, sekundar infeksiyaların olub-olmaması, ekoloji stres, orqanizmin immun fonu və digər amillərdən asılı olaraq dəyişir.

Nyukasl virusu ətraf mühit amillərinə qarşı davamlıdır. Belə ki, törədici xəstə quşların zılında 20-30 gün, döşənəkdə 42-53 gün, lələklərdə 255 gün, yoluxmuş dondurulmuş quş cəmdəyində 1-2 il, torpağa basdırılmış xəstə quş cəmdəyində 1 ay müddətində həyat qabiliyyətini qoruyub saxlayır. Xəstəlik törədicisi 100 dərəcə C-də 1 dəqiqə, 75 dərəcə C-də isə 30 dəqiqə müddətində tələf olur. Mənfi temperaturda virus aktivliyini uzun müddət (-20 dərəcə C-də 3 ilə qədər) saxlayır.

Xəstəliyə diaqnoz kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər, seroloji test (immunoferment analizi, ELISA) və molekulyar-genetik müayinə (PZR) üsulları əsasında qoyulur.

Nyukasl xəstəliyinin spesifik müalicə üsulu mövcud olmadığından xəstəlik baş verən təsərrüfatlarda bütün quşlar qansız üsulla öldürülür və yandırılaraq zərərsizləşdirilir. Daha sonra təsərrüfatda təmizlik işləri aparılmaqla yem qalıqları, döşənək materialları, tük və lələklər, eyni zamanda xəstə quşlarla təmasda olan digər əşyalar toplanaraq məhv edilir və zəruri dezinfeksiya tədbirləri həyata keçirilir.

Nyukasl xəstəliyinə qarşı səmərəli mübarizə üsulu kimi quşlar arasında spesifik immunoprofilaktik tədbirlərin həyata keçirilməsi, eyni zamanda təsərrüfatda biotəhlükəsizlik və sanitar-gigiyenik qaydaların gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Peyvəndlənmədən sonra quşların orqanizmində yaranan anticisim titrinin izlənilməsi ilə yaranmış immunitetin dinamikası nəzarətdə saxlanılır.

Nyukasl quşlar arasında kütləvi tələfata və böyük iqtisadi zərərə səbəb olan təhlükəli yoluxucu xəstəlikdir. Bu da xəstəliyə qarşı profilaktiki tədbirlərin qida təhlükəsizliyi tələbləri çərçivəsində və baytarlıq-sanitariya qaydalarına uyğun həyata keçirilməsini zəruri edir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY