İQTİSADİYYAT


OECD: Cari ildə iqtisadi azalma o qədər də böyük olmayacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Qlobal miqyasda iqtisadi geriləmə iyun ayında proqnozlaşdırıldığı kimi böyük olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumat yayıb.

OECD-yə görə, qlobal iqtisadiyyatda bərpa prosesi yavaşlasa da, tənəzzül bu il qorxulan qədər dərin olmayacaq. İqtisadiyyatlar bir müddət hökumətlərin və mərkəzi bankların dəstəyinə ehtiyac duyacaq.

Təşkilat iyunda proqnozlaşdırdığı 6 faizlik geriləməni koronavirusla bağlı məhdudiyyətlərin azaldılması və iqtisadi dirçəlişin başlanğıcı ilə əlaqələndirərək 4,5 faiz dəyişib.

OECD-nin hesabatına görə, bir az özünə gəlməyə başlayan ABŞ, Avro bölgəsi və Çin üçün də böyük resessiyalar gözlənilir. Daha nikbin qiymətləndirmə isə mövcud bərpa prosesinin güclü olduğunu göstərir.

Güclü canlanma 2020-ci ilin daha çətin olacağını göstərsə də, bərpa prosesindəki yavaşlamanın və bir çox ölkədə istehsalın 2021-ci ildə də böhrandan əvvəlki səviyyədən zəif olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.