İDMAN


OLİMPİYA BAYRAĞI EVEREST ZİRVƏSİNDƏ DALĞALANIR

AZƏRTAC-ın xarici informasiya vasitələrindən aldığı xəbərə görə, beş yunan alpinisti Olimpiya bayrağını və öz ölkəsinin bayrağını dünyanın ən uca zirvəsində - Everestdə ucaltmışdır. Bu bayraqlar “dünyanın damı”na Afinada keçiriləcək Olimpiya oyunlarının şərəfinə sancılmışdır.

Bu beş alpinist Everesti fəth edən ilk Yunanıstan vətəndaşlarıdır. Dəniz səviyyəsindən 7,9 min metr hündürlükdə yerləşən axırıncı düşərgədən hündürlüyü 8,85 min metr olan zirvəyədək yürüş 9,5 saat çəkmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.