OLİMPİYA MƏŞƏLİ İSTANBULA GƏTİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Olimpiya məşəli iyulun 6-da Ukraynadan Türkiyəyə gətirilmişdir. Bu münasibətlə İstanbulun Ataköy rayonundakı “Olimpiada Evi” önündə keçirilən rəsmi mərasimdə məşəl Türkiyə Olimpiya Komitəsinin sədri Toqay Bayatlıya təqdim olunmuşdur. Beləliklə, İstanbul “Afina 2004” Olimpiya məşəli estafetini qonaq edən 34 şəhərdən biri olmuşdur.
Türkiyənin tanınmış idmançıları, estrada ulduzları və iş adamları olimpiada məşəlini şəhərin küçələrində gəzdirmişlər. Sülh və dostluq rəmzi olan Olimpiya məşəlini 125 nəfər estafet qaydasında Avropa qitəsindən Asiyaya və sonra yenidən Avropaya gətiriblər. Estafet zamanı İstanbulun bir çox avtomobil yollarında, o cümlədən Bosfor boğazı üzərindəki Sultan Fatih Məhməd körpüsündə nəqliyyatın hərəkəti dayandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var