İQTİSADİYYAT
ÖLKƏMİZDƏ YENİ “LAZER” KOMPÜTERLƏRİNİN YIĞILMASINA BAŞLANMIŞDIR
Şirkətin rəhbərliyi “LAZER” kompüteri barədə ətraflı məlumat verərək bildirmişdir ki, onun buraxılması ilə daxili bazar keyfiyyətli və həm də bahalı olmayan məhsulla təmin ediləcəkdir. Şirkət layihəyə başlayarkən daxili bazarın bu modeldən olan kompüterlərə tələbatını ödəmək, eyni zamanda məhsulun ixracını təşkil etmək üçün uzunmüddətli marketinq strategiyasını həyata keçirmişdir.
“LAZER” keyfiyyətinə görə “Brand NAME” kompüterlərindən geri qalmayacaq, qiyməti isə 15-20 faiz ucuz olacaqdır. 2003-cü ilin sonunadək 440 ədəd kompüter buraxmaq nəzərdə tutulur.
Buraxılan bütün kompüterlər AZEL-in test laboratoriyalarında sınaqdan keçiriləcək və Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən keyfiyyət sertifikatı alınacaqdır.