İQTİSADİYYAT
ÖLKƏMİZİN RUSİYA İLƏ SƏRHƏDİNDƏ YARANAN PROBLEM AZƏRBAYCAN TƏRƏFİNDƏN ASILI DEYİLDİR
Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanla Rusiya arasında Samur sərhəd məntəqəsində avtomobillərin gecikməsi halları bu gün də davam edir. Problemin əsas səbəbi bizdə deyil Rusiya tərəfindədir. Belə ki, Rusiya tərəfi 1994-cü ildə terrorizmə qarşı mübarizə ilə bağlı qərar qəbul etmişdir. Həmin sənəddə deyilir ki, Azərbaycandan Rusiyaya daxil olan avtomobillərin yükləri sərhəd keçid məntəqəsində tam boşaldılmalı və yoxlanılmalıdır. Azərbaycan tərəfi bu məsələni bir dəfə hökumətlərarası komissiyanın iclasında müzakirəyə çıxarmışdır. Qərarın ikitərəfli münasibətlərə böyük ziyan vurması barədə Rusiya tərəfinə müraciət olunmuşdur.
Noyabrın 10-da yenə də məktubla Rusiya tərəfinə müraciət edilib. Problem hökumətlərarası komissiyanın noyabrın 25-də keçiriləcək iclasında yenidən müzakirə olunacaqdır.