İDMAN
ON DOQQUZ YAŞLI FUTBOLÇULARDAN İBARƏT YIĞMA KOMANDANIN HEYƏTİ AÇIQLANMIŞDIR
Baş məşqçi Arif Əsədov yığmaya ölkə çempionatının güclülər və birinci dəstələrində çıxış edən 11 komandadan və Rusiyanın 2 klubundan 20 futbolçu cəlb etmişdir. Komandaya qapıçılar – Vaqif Şirinbəyov (Olimpik), Osman Umarov (Şahdağ), müdafiəçilər – Nodar Məmmədov (Şahdağ), Teymur İsrafilov (Şahdağ), Fərid Həşimzadə (MOİK), Vurğun Hüseynov (Turan), Tural Nərimanov (Neftçi-2), Maksim Medvedyev (Qarabağ), Elvin Məmmədov (Turan), yarımmüdafiəçilər – Taqim Novruzov (Simurq), İsabala İsrafilov (Şahdağ), Denis Rodionov (Proqress, Rusiya), Bəxtiyar Soltanov (Bakı), Elçin Məmmədov (Gənclər birliyi), Dmitri Kutepov (Proqress, Rusiya), Pərvin Paşayev (Neftçi-2), Vaqif Cavadov (MOİK, Rusiya), hücumçular - Rahid Əmirquliyev (Xəzər-Lənkəran), Nizami Hacıyev (Olimpik), Cavid Hüseynov (Turan) daxildirlər.
Xatırladaq ki, oktyabrın 27-də Azərbaycan futbolçuları Ermənistan komandası ilə görüşəcəklər. Oktyabrın 29-da Azərbaycan-Macarıstan, noyabrın 2-də isə Azərbaycan-Kipr oyunları olacaqdır.