İQTİSADİYYAT
OPEC: 2020-ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barrelə çatacaq
Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC
2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.
M.Barkindo qeyd edib ki, qlobal iqtisadiyyatın güclənməsi neftin qiymətinin də bahalaşmasına səbəb olacaq. 2020-ci ilə qədər dünyada neftə olan tələbat gündəlik 100 milyon barrelə çatacaq.
Neft sənayesindəki investisiyaların çox vacib olduğunu vurğulayan OPEC-in baş katibi Rusiya kimi qeyri-OPEC ölkələr ilə əlaqələrin inkişafının əhəmiyyətini bildirib. O, yaxın gələcəkdə dünyada xam neftə olan tələbatın artacağını qeyd edib.
OPEC-in hesablamalarına görə, 2017-ci ildə qlobal neft tələbatı gündəlik orta hesabla 96,8 milyon barrel olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]