İQTİSADİYYAT


OPEC+ gündəlik hasilatın həcmini azaldacaqmı?

Vyana, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də OPEC+ ölkələrinin Vyanada növbəti toplantısı keçiriləcək. Mətbuata sızan məlumatlara görə, iclasda gündəlik hasilatın bir milyon barel azaldılması barədə qərar qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, hasilatın azaldılması fikri dünya bazarlarında xam neftin qiymətinin düşməsi ilə əlaqələndirilir. Təklifin aşağı düşməsinin qiymətlərə müsbət təsir göstərəcəyi ehtimal olunur.

Əgər hasilatın həcminin göstərilən miqdarda azaldılması barədə qərar verilərsə, bu, koronavirus pandemiyası başlayandan ən böyük həcmdə ixtisar ola bilər.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.