İQTİSADİYYAT


OPEC üzvləri İranla bağlı razılığa gələ bilmir

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr hasilatın azaldılmasına dair alınacaq qərar çərçivəsində ABŞ-ın sanksiya tətbiq etdiyi İrana güzəştə gedilməsi barədə razılığa gələ bilmir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, neft istehsalının azaldılması baxımından OPEC-ə ən böyük maneəni məhz İran törədir.

Xatırladaq ki, İranın neft naziri Bijən Namidar Zəncənə ABŞ-ın rəsmi Tehrana tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində ölkəsinə güzəşt olunmasını tələb edib: “Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”.

O əlavə edib: “İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.