İQTİSADİYYAT


Ödəniş kartları bazarında tətbiq olunan xidmət haqqı tarifləri müzakirə edilib

Bakı, 27 noyabr, AZƏRTAC

Ödəniş kartları bazarında tətbiq edilən xidmət haqqı tarifləri müzakirə olunub.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildiriblər ki, "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf istiqamətləri ilə yanaşı, lokal ödəniş kartları və onların tətbiqinin genişləndirilməsi imkanları, habelə ödəniş kartları bazarında tətbiq olunan xidmət haqqı tarifləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.