Odessaya raket zərbəsi nəticəsində 20 nəfər həlak olub
AzerTAg.az
Kiyev, 1 iyul, AZƏRTAC
Ukraynanın Odessa vilayətinin Sergeevka yaşayış qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Telegram” səhifəsində məlumat yayıb.
Bildirilib ki, Odessa vilayətinin Belqorod-Dnestrovski rayonunun Sergeevka kəndinə raket zərbəsi nəticəsində 20 nəfər (1-i uşaq olmaqla 16 nəfər yaşayış binasında, 4 nəfər isə istirahət mərkəzində) həlak olub. 38 nəfər (6-sı uşaq olmaqla 37 nəfər yaşayış evində, 1 nəfər isə istirahət mərkəzində) xəsarət alıb.
Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, hazırda 38 zərərçəkən xəstəxanaya yerləşdirilib. 3-ü uşaq olmaqla 8 nəfər xilas edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var