CƏMİYYƏT


Oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar

Bakı, 8 aprel, AZƏRTAC 

Oğurluğa cəhd edən şəxslər polis əməkdaşlarının sayıqlığı sayəsində cinayət başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 relsi oğurlamağa cəhd göstərən üç nəfər Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil veriliblər.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.