CƏMİYYƏT


Oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri tutulublar

Bakı, 27 iyul, AZƏRTAC

Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6 min manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.