REGİONLAR


Oğuz kitabxanaçıları şagirdləri “Gəncə terroru” barədə məlumatlandırıblar

Oğuz, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür. Oktyabrın 5-də Oğuz rayon Mərkəzi kitabxananın əməkdaşları şəhər H.Babayev adına 1 saylı tam orta məktəbin 9-cu sinfində “Gəncə terroru” mövzusunda informasiya saatı keçiriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirə başlamazdan əvvəl ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin, həmçinin Ermənistan ərazisindən atilan raket zərbələri ilə Gəncə şəhərində törədilmiş terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Böyük kitabxanaçı Alagöz Zeynalova, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri, Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələr barədə məlumat verib.

Sonra kitabxananın oxu zalının müdiri İlhamə Rəhmətullayeva “Gəncə terroru” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar kitabxanaçılar tərəfindən cavablandırılıb.

Məktəbin coğrafiya müəllimi Gündüz Çələbiyeva və Uşaq birliyinin rəhbəri Kəmalə Məmmədova mövzu barədə fikirlərini bölüşərək tədbirin təşkilatçılarına təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.