RƏSMİ XRONİKA
Oğuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Oğuz, 14 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi.