CƏMİYYƏT


Oktyabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 1140 doza vaksin vurulub

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1140 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 660, ikinci doza vaksinlərin sayı 165, üç və daha çox doza vaksinlərin sayı 265, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 50-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 892 min 609, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 383 min 140, ikinci mərhələ üzrə 4 milyon 867 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 379 min 802, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 846-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.