DÜNYA


Olimpiya Oyunları zamanı Tokio limanının bir hissəsi bağlanacaq

Tokio, 2 may, AZƏRTAC

Olimpiya Oyunları zamanı terror təhlükəsinin qarşısını almaq məqsədilə Tokio limanının bir neçə rayonu bağlanacaq.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu məhdudiyyətlər Olimpiya kəndinin yerləşdiyi Harumi və çimərlik voleybolu yarışlarının keçiriləcəyi Odayba rayonları da daxil olmaqla Tokio limanının bəzi yerlərini əhatə edəcək.

Bildirilir ki, limanın bu yerləri iyulun 13-dən başlayaraq bağlanacaq. Bunun təqribən iki ay davam edəcəyi gözlənilir. Yaponiyanın Sahil Mühafizəsi Xidməti həmin rayonları bağlamaqla, mümkün terror aktlarının qarşısını almağa çalışır.

Xatırladaq ki, Tokio Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların vaxtı cari il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib. Oyunların əcnəbi tamaşaçıların iştirakı olmadan keçirilməsi qərara alınıb. Yapon tamaşaçıların yarışlara buraxılması məsələsinə isə iyulda, ölkədə mövcud epidemioloji vəziyyət nəzərə alınaraq baxılacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.