CƏMİYYƏT


Ölkə ərazisində qeydə alınan 77 cinayətin üstü açılıb

Ölkə ərazisində qeydə alınan 77 cinayətin üstü açılıb

Bakı, 10 mart, AZƏRTAC

Martın 9-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarılan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.