REGİONLAR
Ölkə üzrə arpa sahələrinin 98,4 faizi, buğda sahələrinin isə 94,7 faizi biçilib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 25-dək olan məlumata əsasən, respublikanın rayonlarında 972,8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 641,7 min hektarı buğda, 331,1 min hektarı arpa sahələridir.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırkı məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpa da isə 27,6 s/ha təşkil edir.
Arpa biçininin 98,4 faizi, buğda biçininin isə 94,7 faizi yerinə yetirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib və ya dəyişdirilib.