ELM VƏ TƏHSİL


Ölkə üzrə magistraturaya qəbul olan hər 6 nəfərdən biri UNEC-i seçib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu il magistraturaya ümumi qəbul planı birinci mərhələ üzrə 99,64 faiz yerinə yetirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Biznes Məktəbi (MBA) üzrə qəbul 100 faiz, Magistratura Mərkəzi üzrə (texniki-texnoloji ixtisaslar) 100 faiz, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi üzrə isə (İqtisadiyyat və idarəetmə ixtisasları) 98,9 faiz olub.

Boş qalan 7 yer isə bu ildən qəbuluna başlanan SABAH Magistraturasının elektron kommersiya ixtisası üzrədir. 100 nəfər plan yerinə birinci mərhələdə 93 magistr qəbul olub.

Bu il UNEC-ə qəbul olan magistrlər ölkə üzrə magistraturaya qəbul planının 17,5 faizinə bərabərdir. Ölkə üzrə magistraturaya qəbul olan hər 6 nəfərdən biri UNEC-i seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.