İQTİSADİYYAT
Ölkədə dizel yanacağı və benzin istehsalı artıb
Bakı, 21 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycanda 732,6 min ton dizel yanacağı, 406,1 min ton avtomobil benzini, 101,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 186,5 min ton ağ neft, 29,2 min ton yanacaq mazutu, 8,7 min ton sürtkü yağları, 79,3 min ton neft bitumu və 76,9 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 41,7 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,1 faiz artıb.
Neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]