ELM VƏ TƏHSİL


Ölkəmizdə dünyaya nümunə göstərilən iqtisadi inkişaf modeli formalaşıb

Bakı, 19 iyun, AZƏRTAC

Ötən gün Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə növbəti irihəcmli sosial paketi təsdiq edib. Hər il vətəndaşların əməkhaqlarının, pensiyaların, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, habelə fiziki imkanları məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılmasını müşahidə edirik. Bu sahədə son qəbul olunmuş qərarlar isə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov deyib. O qeyd edib ki, bu gün Azərbaycanda dövlətin sosial siyasətinin mahiyyəti iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahını yüksəltməyə yönəltməkdir. Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, Azərbaycanda sosial sahədə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin mövcudluğu Azərbaycanda iqtisadi və siyasi sabitliyin davamlı xarakter daşımasını özündə ehtiva edir.

Bütün bunların nəticəsidir ki, respublikamızda xalq-iqtidar birliyi möhkəmlənib. Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizdə aparılan siyasi, sosial-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq təşkilatların hamısının reytinqində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, dayanıqlı sabitlik təmin edilir. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.

Tamerlan Əkbərov deyib: “Bu gün Azərbaycan gəncliyi ölkədə aparılan uğurlu siyasəti yaxından izləyir və iftixar hissi ilə dəstəkləyir. Xalqımızın böyük bir hissəsini təşkil edən Azərbaycan gəncliyi dövlətin qayğısını daim öz üzərində hiss edir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən Prezident İlham Əliyevin bu yüksək etimadı qarşısında Azərbaycan gəncliyi olaraq Vətənin inkişafı üçün səylə fəaliyyət göstərəcək, dövlətimizin başçısının etimadını həmişə doğrultmağa çalışacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.