ELM VƏ TƏHSİL
Ölkəmizdə qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb
Bakı, 7 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru akademik Vaqif Abbasov müəssisədə çalışan xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara sağlamlıq və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Akademik qeyd edib ki, cəmiyyətdə və ailədə qadınların rolu çox böyükdür. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb.
İnstitutun Qadınlar Şurasının sədri professor Leylufər Əliyeva, professor Elmira Süleymanova Beynəlxalq Qadınlar Gününün qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb, elmdə uğur qazanmış qadın alimlərdən, onların cəmiyyətə verdiyi töhfələrdən söz açıb, əlamətdar gün münasibətilə xoş arzularını söyləyiblər.
Sonra səmərəli fəaliyyət göstərən qadın əməkdaşlara fəxri fərmanlar təqdim olunub.