REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş

Xırdalan, 12 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 12-də Xırdalandakı Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək abşeronlu şagirdlərlə görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, şagirdlər, valideynlər, təhsil işçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Mərkəzin önündə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tur–aksiyaya yola düşən məktəblilərlə görüşən rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədova şagirdlərin inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin rolundan söz açıb. Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların müsbət nəticələr verdiyini bildirən başçının sözlərinə görə, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ölkədə görülən işlər, əldə olunan nəticələr, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan rayon rəhbəri təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə bütün sahələr üzrə böyük uğurlar qazanıldığını vurğulayıb.

Daha sonra şagirdlər və valideynlər çıxış edərək sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd ediblər. Onlar yaradılan bu şəraitə görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.