Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

Ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

Bakı, 29 sentyabr, AZƏRTAC

Ermənistanın sərhədboyu ərazilərdə törətdikləri təxribatların qarşısını alan Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. 2016-cı ilin Aprel döyüşlərində və 2018–ci ilin iyulunda baş vermiş Tovuz əməliyyatı zamanı işğalçı Ermənistan ordusunun Azərbaycanın Silahlı Qüvvələri qarşısında çox zəif olduğu özünü açıq şəkildə büruzə verdi. Lakin xarici havadarlarına güvənən və işğalçı siyasətdən əl çəkə bilməyən Ermənistan dövləti sərhədboyu ərazilərdə təxribatlar törətməkdə davam edir və qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq iddiasını reallaşdırmaq istəyir. Lakin rəşadətli Azərbaycan Ordusu erməni faşistlərinin bu çirkin niyyətini ürəyində qoyub.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.

Kamil Seyidov deyib ki, faşizm ideologiyasına qatı meyilli olan işğalçı ölkənin baş naziri Nikol Paşinyanın sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlar törədilməsinə rəvac verməsi davam edir. Bu dəfə artıq Paşinyan ölkəmizə qarşı açıq şəkildə müharibə aparır. Təbii ki, qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin bu arzusuna çatmasına imkan verməzdi. Bir neçə gündür ki, Ermənistan ordusuna sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz 27 ildən artıqdır ki, işğal altında olan Füzuli rayonunun beş və Cəbrayıl rayonunun iki kəndini azad edib. Hazırda digər ərazilərimizin də işğaldan azad edilməsi uğrunda döyüşlər davam edir. Erməni hərbçiləri Azərbaycan ordusu qarşısında davam gətirə bilmir, ağır itkilər verərək silah-sursatını atıb qaçırlar.

Belə çətin və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin həllində kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birimiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, düşmənə layiq olduğu yerin göstərilməsində köməyimizi əsirgəməməliyik. Axı, bütün dünyaya da bəllidir ki, biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bu günlərdə Azad Respublikaçılar Partiyasının da həmrəy olduğu 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sona qədər birlikdə mübarizə aparacağımızı bildirmişik. Xatırladım ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar da bizim də partiyamız daxil olmaqla Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Bu həmrəylik dövlətimizin başçısına olan inam və etimadın göstəricisi idi. Bu dəfə isə artıq 50 siyasi partiya həmrəylik nümayiş etdirib. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalıdır. Bu, həm də siyasi həmrəyliyin, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Əslində, xalqını, millətini sevən, dövlət maraqlarını hər şeydən üstün tutan hər bir vətənpərvər şəxs bu addımı atmalıdır. Ölkəmizin ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini bir araya gətirməlidir. Belə də oldu və 50 siyasi partiya həmrəylik nümunəsi göstərdi. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı kəndlərin artilleriya silahından atəşə tutulmasını, günahsız insanların qətlə yetirilmələrini insanlığa qarşı törədilən cinayət hesab edir. Siyasi partiyalar haqlı olaraq tələb edirlər ki, bu hərbi cinayət beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilsin.

Siyasi partiyalar, həmçinin beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını bir tələb kimi qarşıya qoyurlar. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu vaxta qədər icra olunmaması dünyada baş verən ikili standartların təsdiqidir. Çünki BMT Təhlükəsizlik Şurasının digər ölkələr haqqında qəbul etdiyi qətnamələr mürəkkəbi qurumamış icra olunur. Mötəbər bir təşkilatın qəbul etdiyi qətnamədən 27 il keçməsinə baxmayaraq, icra olunmaması həm həmin təşkilatın adına, həm də beynəlxalq hüquq normalarına qara ləkədir. İmzaladığı bəyanatda bu rüsvayçılığa, o cümlədən Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirik.

Biz, eyni zamanda, öz birgə bəyanatımızda Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Hazırda iflasa uğrayan Nikol Paşinyan və onun komandası hakimiyyəti əllərində saxlamaq üçün daxili siyasi mübarizəni arxa plana çəkməklə, əhalinin fikrini başqa istiqamətə yönəldir, mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur, guya, Ermənistanın “ərazisini” qoruduqları barədə fikir formalaşdırmaq istəyirlər. Rəsmi Yerevanın, onun başçısı Nikol Paşinyanın militarist bəyanatları, məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. İşğalçı ölkənin əsas məqsədi mövcud status-kvonu saxlamaqdır. Siyasi partiyaların rəhbərləri dövlət başçısının mövqeyini, siyasi strategiyasını dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.

Azərbaycan daim ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan edir. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Prezident İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqeyindən xəbər verir.

Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək siyasi riyakarlığın, ikili standartların təzahürüdür. Biz, siyasi partiya rəhbərləri öz birgə bəyanatımızda Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını kəskin pisləyir və özlərini insan hüquq və azadlıqlarının, demokratiya tərəfdarları kimi təqdim edən beynəlxalq təşkilatlardan, xüsusilə ATƏT-in Minsk qrupundan adekvat tədbirlərin görülməsini tələb edirik. Ermənistanın atəşkəsi mütəmadi pozmasına, sərhədboyu ərazilərdə təxribatlar törətməsinə laqeyd münasibət və sanksiyaların tətbiq olunmaması beynəlxalq təşkilatlara olan inamı heçə endirir.

Ölkənin 50 siyasi partiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir. Bu, indiki məqamda milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.

Təəssüf ki, Vətənimizin və xalqımızın taleyüklü problemlərinin müdafiəsində yenə də radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.

Biz birlikdə hər şeyə qalib gələcəyik və torpaqlarımızı düşməndən azad edəcəyik. O gün lap yaxındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib