Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsman: Mediasiya ailə mübahisələrinin qeyri-rəsmi prosedurlarla həlli və uşaq hüquqlarının müdafiəsi üçün əlverişli imkandır

Ombudsman: Mediasiya ailə mübahisələrinin qeyri-rəsmi prosedurlarla həlli və uşaq hüquqlarının müdafiəsi üçün əlverişli imkandır

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi təsis olunan mediasiya institutunun yaradılması zərurəti, tətbiqi, fəaliyyət mexanizmi və rolu barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hörmətli Səbinə xanım, əvvəlcə müsahibə üçün şərait yaratdığınıza görə sizə təşəkkürümüzü bildiririk. Məlum olduğu kimi son illər ölkəmizdə aparılan hüquqi islahatlar nəticəsində mübahisələrin daha səmərəli həlli məqsədilə yeni bir institut – mediasiya institutu yaradılıb. Bu institutun səmərəliliyi haqqında nə deyə bilərsiniz?

- Müsahibə təklifiniz üçün Sizə təşəkkürümü bildirirəm. İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının qanunvericiliyində mediasiyanın tətbiqi və hüquq məkanına inteqrasiyası prosesinə müstəqilliyin ilk illərindən başlanılmışdır. Mediasiyanın qanunvericilik əsaslarının möhkəmləndirilməsi, bu institutun hüquq sisteminə inteqrasiyasının intensivləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub. Müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydaları” təsdiqlənib və Mediasiya Şurası təsis edilib.

Mediasiya mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Bu proses tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsiplərinə əsasən həyata keçirilməlidir. Könüllülük mediasiyanın əsas prinsiplərindən birini təşkil edir. Bununla belə, “Mediasiya haqqında” Qanuna əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri barədə imperativ norma müəyyən edilib.

Bu praktika müxtəlif ölkələrdə fərqli xarakter daşıyır. Məsələn, Türkiyə, İtaliya və digər ölkələrdə Azərbaycan təcrübəsində olduğu kimi ilkin mediasiya məcburi olduğu halda, Rusiya, Belarus, Qazaxıstan, Ukrayna kimi ölkələrin qanunvericiliyinə əsasən, mediasiya bütün hallarda könüllü xarakter daşıyır. Bəzi ölkələrdə isə ən azından bir tərəfin mediasiya prosesinin keçirilməsi ilə bağlı müraciəti olduqda ilkin mediasiyanın imperativ qaydada keçirilməsi nəzərdə tutulur.

- Mediasiya institutunun tətbiqi hansı zərurətdən irəli gəlir?

- Hesab edirəm ki, mediasiya prosesi xüsusilə biznes sektoru üçün əhəmiyyətli bir vasitədir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisələrin həlli məqsədilə birbaşa məhkəməyə müraciət edilməsi biznes üçün bir sıra neqativ nəticələrə, o cümlədən işgüzar münasibətlərin dayandırılmasına, əlavə vaxt itkisinə, eləcə də vəkillərin cəlb edilməsi ilə böyük maliyyə məsrəflərinə səbəb ola bilir. Mediasiya institutu bu maneələrdən yan keçməyə, müvafiq itkilərin qarşısını almağa və ya itkilərin minimuma endirilməsinə zəmin yarada bilər.

Bundan başqa, mediasiya vətəndaşlara da məhkəmə proseslərinə getmədən, mediasiya prosesində iştirak etməklə mübahisələrin qısa vaxt ərzində, peşəkar hüquqi yardımdan istifadə etmədən həll edilməsi, bununla da hüquqların çevik və effektiv müdafiəsi üçün imkanlar yarada bilər. Daha bir müsbət məqam tərəflərin mediasiya prosesinə tam şəkildə nəzarət edə bilməsidir.

- Bir az əvvəl ailə mübahisələri ilə bağlı məsələyə də toxundunuz. Bu mübahisələrin həllində mediasiya institutunun rolu nədən ibarətdir? Bu halda nəyə diqqət edilməlidir?

- Hesab edirəm ki, mediasiyanın tətbiqi sahələrindən birini təşkil edən ailə mübahisələrində mediasiya münaqişənin qeyri-rəsmi prosedurlarla sülh yolu ilə həllinə nail olmaq, eləcə də məhkəmə çəkişmələrini və bununla bağlı uşaq hüquqlarının müdafiəsi üçün əlavə tədbirlərin tətbiqini istisna etmək üçün əlverişli imkandır. Ailə mübahisələrində mediasiyanın keçirilməsi zərurəti uşaq hər iki valideynlə birlikdə yaşadıqda, valideynlər ayrı yaşadıqda, habelə uşaqlar valideyn himayəsindən məhrum olduqda yarana bilər. Bütün hallarda mediasiya, ilk növbədə, uşağın maraqlarına cavab verməli, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilməlidir.

Ailə mübahisələri barədə danışarkən bəzi statistik məlumatlara da diqqət yetirmək istərdim. Rəsmi statistikaya əsasən, 2019-cu ilə nisbətən 2020-ci ildə nikahların sayı təxminən iki dəfə azalsa da, boşanma hallarının sayı demək olar ki, dəyişməyib.

Boşanmalar bir sıra hallarda o qədər adi hala çevrilir ki, artıq ailədaxili problemlərin həllində ümumi qəbul edilmiş vasitə hesab olunur. Lakin boşanmalar da bir çox hallarda problemsiz ötüşmür. Həmin ərəfədə tərəflər o qədər neqativ emosiyalara qapanırlar ki, artıq hüquqazidd hərəkətlər etməyə başlayır, bir çox hallarda uşaqların hüquqi maraq və mənafelərini nəzərə almırlar. Bu kimi hallar xüsusən uşaqların kimin himayəsində qalması, harada yaşaması, ünsiyyət hüququnun təmin edilməsi və aliment ödənişlərinin təyin olunması zamanı özünü büruzə verir.

Digər tərəfdən, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-rəsmi nikahların da sayı az deyildir. Belə münasibətlər isə ailə mübahisələrinin yaranmasına, bu cür ailələrdə doğulmuş uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Statistikaya diqqət yetirsək, 2020-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuş uşaqların sayı doğulan uşaqların ümumi sayının 14 faizini təşkil edib. Bu göstərici risk altında olan uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz.

Ailə mübahisələrində tərəflərin qarşılaşdıqları və həll edilməli olan əsas məsələlərdən biri də aliment ödənişləri ilə bağlıdır. Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə neqativ münasibəti, şəxsi prinsipləri səbəbindən ödənişlərin aparılmasından yayınır. Təəssüf doğuran hallardan biri də aliment ödənişlərindən imtinaya məcbur etmək məqsədilə borclu tərəfindən ünsiyyət hüququndan və digər vasitələrdən sui-istifadə edilməsidir. Bu isə borclunun bir valideyn kimi üzərinə düşən vəzifələri dərk etməməsindən xəbər verir. Digər tərəfdən, aliment ödənişləri ilə əlaqədar çətinliklər zəruri icra tədbirlərinin həyata keçirilməməsi və ya vaxtında həyata keçirilməməsi ilə də bağlı olur. Ümumiyyətlə, alimentlə əlaqədar müvəkkilə ünvanlanan bütün şikayətlər üzrə araşdırmalar aparılmaqla, məhkəmə qərarlarının icrası istiqamətində zəruri tədbirlər görülür.

Bütün hallarda ailə mübahisələri zamanı uşaqların cəmiyyətdə normal inkişafını təmin etmək məqsədilə onların yaşayış, təhsil və tərbiyə məsələləri, sosial-psixoloji durumu ön planda olmalıdır.

- İnsan hüquqlarının müdafiəsi istiqamətində Mediasiya Şurası ilə Ombudsman təsisatının əməkdaşlığını nədə görürsünüz?

- Əslində, ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər əsasında bir sıra funksiyalarla yanaşı, eyni zamanda, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ictimai təşkilatlar və vətəndaşlar arasında körpü rolunu oynayır, bir çox hallarda barışdırıcı funksiya yerinə yetirir.

Digər tərəfdən, mediasiya prosesinin həyata keçirilməsi insan hüquq və azadlıqlarının təmin edilməsi ilə birbaşa bağlıdır. Bu baxımdan qeyd olunan məsələlər bizim üçün də əhəmiyyət kəsb edir və tərəfimizdən bu sahədə Mediasiya Şurası ilə əməkdaşlığa xüsusi önəm verilir. Qeyd olunan sahədə fəaliyyətin əlaqələndirilmiş qaydada düzgün və səmərəli təşkili, nəticə etibarilə vətəndaşların hüquq və azadlıqlarının effektiv müdafiəsinə imkan yarada bilər.

Məlumat üçün nəzərinizə çatdırım ki, ölkəmizdə mediasiya institutunun fəaliyyətinin təkmilləşdirilməsi, maarifləndirmə işinin təşkili, pozulmuş hüquqların bərpa olunması, aşkarlana biləcək funksional problemlərin aradan qaldırılması, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatı ilə Mediasiya Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, bununla bağlı hər iki qurumda əlaqələndirici şəxslər müəyyənləşdirilib.

- Ümumiyyətlə, mediasiya ilə bağlı ombudsmana müraciətlər daxil olurmu?

- Mediasiya yeni yaranmış institutdur. İnsanlar bu institut barədə hələ də kifayət qədər məlumatlı deyillər. Digər tərəfdən, bəzi hallarda mediatorlar fəaliyyətləri zamanı müəyyən nöqsanlara yol verə bilir ki, bu da mübahisəli hallara səbəb olur. Məlum olduğu kimi, bu cür şikayətlərə baxılması və operativ həlli məqsədilə Mediasiya Şurasında Çağrı Mərkəzi və İntizam Komissiyası da fəaliyyət göstərir.

Bununla belə, mediatorların fəaliyyəti ilə bağlı ombudsmana da müəyyən şikayətlər daxil olur. Həmin şikayətlərlə əlaqədar tərəfimizdən Mediasiya Şurasına müraciətlər edilib. Həmin müraciətlərin həlli operativ qaydada təmin olunub.

Bir sıra hallarda, xüsusən vətəndaşların “Mediasiya haqqında” Qanunun tələbləri ilə bağlı məlumatsız olduqları hallarda tərəfimizdən onlara qanunvericiliyin tələbləri izah edilməklə cavablar verilir.

Hesab edirik ki, şikayətlərin araşdırılması üzrə birgə əməkdaşlıq mediasiya sahəsində mövcud ola biləcək boşluqların, problemlərin aşkarlanması və monitorinqi, habelə bu sahənin təkmilləşdirilməsi perspektivi baxımından əhəmiyyətlidir.

- Mediasiya sahəsində bundan sonra hansı işlər görülməlidir?

- Hesab edirəm ki, mediasiya sahəsində xarici ölkələrin təcrübəsi təhlil edilməklə, eləcə də ölkəmizin hüquq sistemi, cəmiyyətin hüquq düşüncəsi və ənənələri nəzərə alınmaqla mediasiya institutunun davamlı təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Məsələn, mediasiya məhkəmə qərarlarının icrası prosesində də kifayət qədər effektiv ola bilər.

Bununla yanaşı, mediasiya institutunun bu və ya digər formada təhsil sistemində tətbiqi də əhəmiyyətli ola bilər. Belə ki, digər ölkələrin təcrübəsində “məktəb mediasiyası”nın tətbiqi diqqət çəkən məqamlardandır. Hesab edirəm ki, bu praktikanın öyrənilməsi və hər hansı formada ölkəmizdə tətbiqi şagirdlər və müəllimlər arasında, eləcə də müəllim-şagird münasibətlərində, yarana biləcək mübahisələrin, habelə bullinq probleminin səmərəli həllinə töhfə verə bilər.

Digər bir müsbət təcrübə penitensiar müəssisələrdə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdikləri müəssisələrdə mediasiya institutunun tətbiqi ilə bağlı ola bilər. Bu təcrübə Avropanın bir sıra ölkələrində, eləcə də ABŞ-da tətbiq olunmaqdadır.

Bəzi ölkələrdə mediasiya sessiyasının hakimlər tərəfindən də həyata keçirilməsi imkanları nəzərdə tutulub. Bu halda hakim mediator qismində çıxış edir və iclas protokolu tərtib olunmur. Həmin təcrübə də öz növbəsində nəzərdən keçirilə bilər.

Mediasiya sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mərkəzdə və regionlarda maarifləndirmə, məlumatlandırma və təbliğat işinin təşkili, maarifləndirici çap materiallarının hazırlanması ilə mediasiyaya marağın yaradılmasını zəruri hesab edirəm. Belə ki, insanlar mediasiyanın mübahisələrin məhkəməyədək həllindəki rolunu, üstünlüklərini anlamalı, özləri mediasiyanın keçirilməsində maraqlı olmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub