CƏMİYYƏT


Ombudsman və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçiriblər

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Ermənistan terrorunun qurbanına çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı missiya həyata keçirilir.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, birgə həyata keçirilən faktaraşdırıcı missiya Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş mülki əhali arasında insan tələfatı, çoxsaylı dinc sakinin - uşaqların, qadınların, ahılların həlak olması, yaralanması və dağıntılarla əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi, həmçinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi daşıyır.

Səbinə Əliyeva və Şərəf Malkoç terror aktı nəticəsində hər iki valideynini itirmiş uşaqlar və zərərçəkmiş şəhər sakinləri ilə görüşüblər. Ombudsmanlar, həmçinin Ermənistan ərazisindən atılmış raketin düşdüyü əraziyə baxış keçirərək, faktoloji materiallar toplayıblar.

Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə Gəncədə törətdiyi növbəti terror aktı, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən bu hərbi təxribat Assosiasiya prezidenti və nümayəndə heyəti tərəfindən də pislənilib.

Birgə faktaraşdırıcı missiya çərçivəsində toplanan faktlar Ermənistan Respublikasının silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam etdiyini bir daha sübuta yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.