CƏMİYYƏT


Ombudsmanın regional mərkəzləri Milli Qurtuluş Günü ilə əlaqədar tədbirlər təşkil edib

Bakı, 16 iyun, AZƏRTAC

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə 15 İyun tarixinin əhəmiyyəti vurğulanıb.

Çıxışlar zamanı ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, hüquqi, demokratik dövlət quruculuğu, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsi sahəsində görülmüş tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində ilk addımlar da məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılıb.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin ölkədə apardığı ardıcıl, sistemli və gələcəyə hesablanan islahatları barədə də məlumat verilib. Həmçinin Azərbaycan dövlətinin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmini sahəsində qəbul edilmiş dövlət proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, habelə insan hüquq və azadlıqlarının qorunması sahəsində Ombudsmanın fəaliyyəti barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirə şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.