REGİONLAR


On milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Füzulidə fləşmob və konsert keçirilib

Füzuli, 8 aprel, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl məktəblilərin hazırladığı fləşmob nümayiş etdirilib. Sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasından danışıb, bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra rayonun incəsənət xadimləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında yumoristik tamaşa nümayiş olunub. Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri maraqla qarşılanıb.

Bayram tədbiri atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.