İDMAN


Onuncu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində onuncu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə yarış, həmçinin 2020-ci ildə Bakıda keçiriləcək 55-ci Avropa çempionatının təşkili üçün test xarakteri daşıyır.

Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək yubiley turnirində ondan artıq ölkədən karateçilərin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkil edilməsi üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) mütəxəssisləri, eləcə də digər ölkələrdən beynəlxalq hakimlər dəvət olunub.

Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaqlar. Martın 17-də 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.

Turnirin açılış mərasimi martın 15-də olacaq. Yarışdan bir gün əvvəl – martın 13-də Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.