İDMAN


“Opera Euro Rapid”: Teymur Rəcəbov 3-cü yer uğrunda həlledici mərhələdə mübarizə aparacaq

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin həlledici matçında mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, şahmatçımız fransalı Maksim Vaşye-Laqravla daha 4 partiyada qarşılaşacaq. Görüşlərdə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, fevralın 13-də keçirilmiş ilk matçda T.Rəcəbov rəqibi üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb.

Bu gün, həmçinin final oyunlarının həlledici matçında hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək. Qrossmeysterlərin birinci matçdakı qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.