REGİONLAR


Ordubad şəhərində ustad dərsləri təşkil olunub

Ordubad, 29 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası tərəfindən növbəti ustad dərsləri təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad şəhərindəki 1 nömrəli tam orta məktəbdə yaradılan ağır atletika bölməsində məşqçilər və idmançılar üçün keçirilən ustad dərsləri Şərur rayon ağır atletika bölməsinin məşqçi-müəllimi Şəfi Hüseynov tərəfindən aparılıb. Dərsləri təşkil etməkdə məqsəd uşaqların bu idman növünə cəlbi, kütləviliyin təmin edilməsi, məşqçi və idmançılara ağır atletika idman növünün yeni qaydaları haqqında məlumat vermək, onların bilik və bacarıqlarını təkmilləşdirmək, eyni zamanda, Ordubad şəhərində bu növün inkişafını təmin etməkdən ibarət olub.

İdmançılara bütün qaydalar haqqında nəzəri və praktik olaraq məlumat verən Şəfi Hüseynov onların suallarını cavablandırıb.

Qeyd edək ki, Atletika Federasiyası bu növün inkişafı üçün ustad dərslərini növbəti aylarda muxtar respublikanın bütün şəhər və rayonlarında da təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.