SİYASƏT


Orli Nissanova: Azərbaycan mədəniyyəti indi bu ölkədə yaşamayan yəhudiləri birləşdirən başlıca dəyərdir

Bakı, 24 aprel, Rauf Hacıyev, AZƏRTAC

Milliyyətcə yəhudiyəm. Otuz üç ildir Azərbaycandan köçmüşəm və hazırda İsraildə yaşayıram. Bununla belə, özümü həm də azərbaycanlı hesab edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orli Nissanova deyib.

“Azərbaycan xalqının mədəniyyətinə, xüsusən də musiqisinə, muğam sənətinə böyük sevgim var. Bu gün də İsraildə Azərbaycan musiqisini böyük zövqlə dinləyirik. Biz İsraildə yaşatdığımız Azərbaycan mədəniyyətini qeyri-azərbaycanlılara da sevdirməyi bacarmışıq. Azərbaycanın tarixi, dili və mədəniyyəti bizi, yəni, vaxtilə Azərbaycandan köçmüş yəhudiləri birləşdirən və bu bənzərsiz ölkəyə bağlayan başlıca dəyərdir”, - deyə O.Nissanova qeyd edib.

Hazırda Azərbaycanın inkişafı naminə diaspor fəaliyyəti ilə sıx məşğul olduqlarını bildirən O. Nissanova deyib: “Bilirik ki, ermənilərin başqa ölkələrdə güclü lobbiləri var. Amma biz ermənilərin İsraildə, xüsusən də azərbaycanlıların daha sıx məskunlaşdığı şəhərlərdə lobbilərini yaratmasına və Azərbaycan əleyhinə əks-təbliğat işi aparmasına imkan vermədik. Bu gün də İsraildə yaşayan həm azərbaycanlılar, həm də milliyyətcə yəhudi olub, özünü azərbaycanlı hesab edən vətəndaşlar vahid bir təşkilatda daha sıx birləşmişik. Hər kəs öz fəaliyyəti ilə Azərbaycanın uğurlarına töhfə verməyə çalışır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.