CƏMİYYƏT


Orqanizmdə duz yığılmasının səbəbi

Bakı, 23 iyun, AZƏRTAC

İnsan orqanizmi duzlarla zəngindir. Duzlar qandan sorularaq sidik kisəsində toplanır, kalsium, fosfor kimi maddələrin kristallaşması və həmin kristalların damarla birləşməsi nəticəsində daş yaranır. Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edə, böyük daşlar isə sidik kisəsinə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Maddələr mübadiləsinin pozulması, çirkli su içmək, eyni cür qidalanma, dərmanlardan qeyri-düzgün istifadə, həmçinin A və D vitaminlərinin çatışmazlığı böyrəkdə duz yığılmasının əsas səbəbləri sırasındadır. Bununla yanaşı, irsi faktor də əsas rol oynayır.

AZƏRTAC xəbər verir ki, həkim-uroloq Rauf Nağıyev deyib “Yediyimiz qida, duzun çox istifadəsi, şorabalar ekzogen faktorlara aiddir. Lakin bu, orqanizmdə duz yığılmasının əsas səbəbi deyil. Duzun çox istifadəsi sidikdə duzların konsentrasiyasını artırır, lakin daşın əmələ gəlməsi üçün bu, əsas səbəb hesab olunmur”.

Böyrək daşlarına kişilərdə qadınlara nisbətən daha sıx rast gəlinir. Böyrək daşı olanlarda yenidən yaranma ehtimalı yüksəkdir.

Həkim-uroloq böyrəkdə daşın yaranmaması üçün məsləhətlər də verib: “Əsas profilaktika çoxlu maye qəbulu və təmiz su içilməsidir. Sutka ərzində 2 litrdən az olmamaq şərtilə maye qəbul edilməsi tövsiyə olunur. Böyrəkdə duzlaşma varsa, maye çox qəbul edəndə onun konsentrasiyası azalır və daşın əmələ gəlməsi, böyüməsi ehtimalı az olur. Zülalla zəngin olan qidaların qəbulunun, xüsusilə bulyonların, sousların istifadəsinin azaldılması da məsləhətdir”.

Çox böyük daşlar dəridən böyrək içərisinə yerləşdirilən borucuq vasitəsilə çıxarılır. Nadir hallarda isə böyrək daşları laparoskopik və ya açıq əməliyyatla çıxarılır. Mütəxəssislər ildə bir dəfə böyrəklərin müayinə olunmasını da məsləhət görürlər, bu, daşlaşma ilə əlaqədar erkən müdaxiləyə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.