CƏMİYYƏT


Orqanizmin kalori tələbatı

Bakı, 9 oktyabr, AZƏRTAC

Kalori orqanizmdə gedən proseslər üçün əsas enerji mənbəyinin vahidi hesab olunur. Qida maddələrinin tərkibində yağlar, zülallar və karbohidratlar olur. Karbohidratlar daha çox taxıl bitkiləri, quru meyvələr, çörək və şirniyyatların tərkibində olur, sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Mürəkkəb karbohidratlar gec həzm olunduğu üçün onu səhər saatlarında qəbul etmək məsləhətdir.

Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a bildirib: “Zülallar isə orqanizm üçün tikinti materialı hesab edilir, əsasən ət və ət məhsulları, süd və süd məhsullarında, yumurta, noxud, lobya, mərci və s. kimi paxlalı bitkilərin tərkibində daha çox olur. Müəyyən edilib ki, 1 qram zülalın tərkibində təxminən 5 kkal enerji olur”.

Qida rasionunda günə mürəkkəb karbohidratlarla başlayıb günün axırına doğru zülallarla bitirmək tövsiyə olunur. Günorta saatlarında isə sadə zülalların qəbulu məsləhətdir.

Həkim-diyetoloq kalori barədə danışarkən söyləyib: “Gündəlik kalori qəbulu isə yaş, cins, həyat tərzi, qəbul edilən dərman və xəstəliklərdən asılı olaraq dəyişir. Təxmini hesablamalar zamanı müəyyən olunub ki, orqanizmin tələbatı qadınlarda 1200-1600, kişilərdə 2000-2300, uşaqlarda isə 1300-1600 kalori arasında dəyişə bilər”.

Orqanizmi daha çox enerji ilə təmin edən digər mənbə isə yağlar hesab olunur. Onlara süd və süd məhsulları, quru meyvələr, günəbaxan, balqabaq tumları, zeytun bitkisini aid etmək olar. Kalori hesablamaları yaş, cins və boy nəzərə alınmaqla aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.