İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106011940 ISIN-li, 60 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 92.0071 AZN (7 faiz) və 99.7204 AZN (4.1 faiz) manat olan 18 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.6113 AZN (4.5 faiz) manat, orta ölçülmüş qiyməti 99.1595 AZN (4.3016 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198 milyon 688 min 900 manat, yerləşdirilmiş həcmi isə 21 milyon 359 min 600 manat təşkil edib. İstiqrazlar 2025-ci il aprelin 8-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 13-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.